İçeriğe geçmek için "Enter"a basın

Böyük Britaniya Suriyadakı əməliyyatlarda iştirak edə bilər

01-12-2015


01.12.2015 / 01:44 xeber –

Böyük Britaniyanın parlamentində ölkənin Hərbi-Hava Qüvvələrinin Suriyada  İŞİD-ə qarşı hərbi əməliyyatlarda iştirak etməsinə dair səsvermə dekabrın 2-də keçiriləcək.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu Böyük Britaniyanın baş naziri Devid Kemeron bəyan edib.

 

“Hazırda deputatların əksəriyyəti yalnız İraqda deyil, Suriyada da İŞİD-in mövqelərinə hava zərbələrinin endirilməsinin lehinədir. Onlar anlayırlar ki, terrorçular dövlət sərhədlərini tanımır. Suriyada beynəlxalq koalisiya tərkibində iştirak Böyük Britaniyanın milli maraqlarına uyğundur. İŞİD-in mövcudluğu ölkə üçün təhlükə kəsb edir”, deyə D.Kemeron bildirib.

 

Xatırladaq ki, 2014-cü ilin sentyabrında Böyük Britaniya parlamenti İraqdaki İŞİD mövqelərinə aviazərbələrin endirilməsinə razılıq verib. 

mənbə :
lent.az

Böyük Britaniya Suriyadakı emeliyyatlarda iştirak ede biler