30.11.2015 / 22:03 xeber –
Fransanın “Air France” aviaşirkətinə məxsus “Boeing 777” sərnişin təyyarəsi Sankt-Peterburqun “Pulkovo” hava limanında məcburi eniş edib.
APA-nın RİA Novosti agentliynə istinadən verdiyi məlumata görə, məcburi enişə səbəb təyyarənin mühərriklərindən birinin sıradan çıxması olub.
Təyyarənin Paris-Pekin marşrutu ilə uçduğu bildirilir. Hadisə zamanı xəsarət alan olmayıb.
mənbə :
lent.az