İçeriğe geçmek için "Enter"a basın

Bakılı prodüser məşhur NTV telekanalına rəhbər seçildi

30-11-2015

22:02 xeber – Rusiyanın nüfüzlu NTV telekanalının baş prodüseri “Vayt Media” prodakşn-şirkətinin banisi Timur Vaynşteyn olacaq.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, həmyerlimiz yeni vəzifəsinə sabahdan başlayır.

Vaynşteyn 2014-cü ildən telekanalda bu vəzifədə işləmiş Danil Şarapovu əvəz edəcək. Bu barədə xəbəri Timur və NTV telekanalının nümayəndəsi təsdiq edib.

“TNS Russia”nın məlumatına görə, NTV telekanalının 18+ məqsədli auditoriyada payı son beş il boyunca enib. 2014-cü ildə NTV kanalına 11,8% tamaşaçı baxıb, 2013-cü ildə bu 13,3% təşkil edib, 2012-ci ildə – 14,7%, 2011-ci ildə – 15%, 2010-cu ildə -15,9%. Vaynşteynin gəlişiylə kanalın konsepsiyasının necə dəyişəcəyi barədə tərəflər danışmağa başlamayıb. Kanal rəhbərliyi yalnız belə peşəkarın gəlişinə çox şad olduğunu qeyd edib.


Timur Vaynşteyn – Rusiyanın tanınmış tele və kinoprodüseri

NTV telekanalı “Qazprom-media”ya daxildir. Holdinqə həmçinin “Pyatniça”,TV-3,TNT, 2х2, “Matç TV” kanalları aiddir. “Comedy Club Production” şirkəti, GoodStory Media və bir sıra başqa radiostansiyalar “Qazprom-media”ya daxildir.

1971- ci il martın 1-də Bakıda anadan olan Timur Vaynşteyn 1991-ci ildə “Parni iz Baku” Şən və Hazırcavablar klubunun bədii rəhbəri olub. Rusiya televiziya akademiyasının üzvüdür. O, ən iri Rusiya telekanallarında yayımlanan 150-dən çox layihənin prodüseridir. “Vayt Media” Timur Vaynşteyn tərəfindən 2010-cu ildə yaradılıb. Prodüserin ən məşhur layihələri arasında – “Soldatı”, “Şaslivi v meste”, “Rodina” serialları var.

mənbə :
anspress

Bakılı prodüser meşhur NTV telekanalına rehber seçildi