İçeriğe geçmek için "Enter"a basın

Model Rüstəm Cəbrayılov: “ABŞ vətəndaşı olmaq istəmirəm”

30-11-2015


30.11.2015 / 19:39 xeber –

“2007-ci ildə Türkiyədə birincilik qazandım. Sonrakı bir ili orada çalışdım. İmkan daxilində Türkiyədə keçirilən “Fashion week”lərdə iştirak edirəm. 5 il Nyu-Yorkda çalışdım. Bir neçə aylıq Fransa, İtaliyaya səfərlərim olub. Məni hamının tanıması o qədər də önəmli deyil. İşlərimi sosial şəbəkələrdə izləmək olar. Amma üzdə olmağı sevmirəm”.

Bu fikirləri APA TV-nin “Səhər zəngi” verilişinin qonağı, The Best Model of the World” yarışmasının qalibi Rüstəm Cəbrayılov deyib.

 

Artıq 11 ildir model kimi fəaliyyət göstərdiyini bildirən model bu illərdən 7-ni xaricdə keçirdiyini qeyd edib. R. Cəbrayılov xaricdə yaşasa da, vətəndaşlıq almaq istəyinin olmadığını da deyib: “Xaricdə yaşayan insanda vətənpərvərlik hissləri daha artıq olur. Həm də mən yaşadığım ərazidə yəni, Nyu-Yorkun Bruklin ərazisində azərbaycanlılar çoxdur. Təşkilatlarımız, restoranlarımız var. Həmişə bir araya gəlirik. Burada qalıb-qalmayacağım ay yarım ərzində bilinəcək. Bəzi işlərim var. ABŞ-da Green cardla yaşayıram. Yəni, istədiyim zaman vətəndaşlıq ala bilərəm, amma istəmirəm. Xaricdə uzun müddət yaşayıb, işləyən biri üçün vətəndaşlıq almaq çox yardımçı olur. Amma mənim ehtiyacım yoxdur, çünki bir çox ölkələrə rahatlıqla gedə bilərəm. Həm də Azərbaycana tez-tez gedib gəlirəm, hər dəfə viza almaq lazım olur. Bundan başqa, sab ah nə baş verəcəyini bilmək olmur. Bəlkə gələcəkdə bu addımı ata bilərəm, amma dəqiq deyil”.

 

Evin tək oğlu olduğunu deyən model, ailəsinə ABŞ-a köçməyi təklif etdiyini, lakin onların bunu istəmədiklərini bildirib: “Sonra heç özüm də istəmədim. Oraya gənc yaşda getmək daha uyğundur. Ab-havaya öyrəşə bilməyəcəklər, həm də dil öyrənmək, iş tapmaq məsələsi var. Onlar üçün darıxdırıcı olacaq”.  Rüstəm Cəbrayılov plastik əməliyyat məsələsinə də münasibət bildirib: “Yaşadığım şəhərdə 3 milyona yaxın model yaşayır. Əksəriyyəti, modelliyə uyğun olan insanlardır. Adətən, plastik əməliyyatlara icazə verilmir. Təbii görünüş olmalıdır, amma ehtiyacı olan edir”.

 

“Azərbaycanda model işi inkişaf etmədiyinə görə, əcnəbi ölkələrdə fəaliyyət göstərməyə məcburam”

 

Model çalışdığı sahədə peşəkar olmağın və rəqabətdə qalib gəlməyin yollarından da  danışıb: “Model olmaq üçün təhsil lazım deyil. Həm də bu işin məktəbi yoxdur. Sadəcə, portfole lazımdır. Məsələn, ən uğurlu şəkillərindən ibarət albomu olmalıdır. İşlədiyi agentlik səfərlərə gedəndə bu albomu göstərməklə nəsə öyrənə bilər. Bundan başqa, hər çəkilişdə iştirak etməklə təcrübə bir az da artır. 1.71 sm boyu olan oğlanlar mənə  model olmaq istədiklərini yazırlar. Bu gün gənclərin yarısı fotoqraf və model olmaq istəyir. 2008-2009-cu ilə qədər isə bu belə deyildi. Belə düşünürəm ki, qalibiyyətimdən sonra Nyu-Yorka getməyim, dəb həftələrində çıxış etməyim, “Fashion TV”-də, bilbordlarda olmağım bir növ təkan oldu”.  Qonaq Azərbaycanda model işi inkişaf etmədiyinə görə, əcnəbi ölkələrdə fəaliyyət göstərməyə məcbur olduğunu da əlavə edib:

“Fotomodel anlayışı sırf Azərbaycana aid sahədir. Xaricdə fotomodelə ehtiyac yoxdur, çünki model çoxdur, bu isə rəqabətin artması deməkdir. Ehtiyac olanda modeldən fotomodel kimi də istifadə edirlər. Modelin işi brendi nümayiş etdirmək, reklama çəkilməkdir. Azərbaycanın tekstili yoxdur. Burada fəaliyyət göstərən model nə iş görsün? Əhatə kiçikdir, məsələn, bir müğənninin klipinə çəkilsən, o biri səni dəvət etməyəcək. Buna görə burada fəaliyyət göstərmək çətindir”.

 

Verilişin digər qonağı müğənni Bahar Lətifqızı isə Azərbaycanı əcnəbi ölkələrdə təmsil etmək arzusunda olduğunu açıqlayıb: “2 il öncə Akademik Opera və Balet Teatrında konsert verdim. Düşünürəm ki, indi daha çox auditoriyanı toplaya bilərəm. Amma çox istərdim ki, xaricdə də ölkəni təmsil edim. Konsert proqramı üçün sponsorluq təklif edən olsa, qəbul edərəm. Hətta silsilə konsertlər üçün belə olsa, imtina etmərəm. Amma indiyə qədər təklif olmayıb. Sadəcə, bayramlarda qonorarla çıxış edirik”.

 

 

 

mənbə :
lent.az

Model Rüstem Cebrayılov: “ABŞ vetendaşı olmaq istemirem”