
  30.11.2015 / 13:38 xeber – 
Masazır qəsəbəsində törədilmiş oğurluğun üstü açılıb. Lent.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Abşeron RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 19-da Bağır İbrahimovun Masazır qəsəbəsindəki evindən 3500 manat və 10000 manat dəyərində qızıl əşyalar oğurlamış qəsəbə sakini Həsənalı Əliyev və Culfa rayon sakini Elşən İbrahimli tutulub.
Araşdırma davam etdirilir.
 mənbə : 
lent.az