İçeriğe geçmek için "Enter"a basın

ŞƏT-in Düşənbə Bəyannaməsində  Əfqanıstandakı vəziyyətdən də bəhs edilib

17-09-2021

[r32]
xeber –

Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv dövlətlər təşkilatın 20-ci il dönümü ilə bağlı Düşənbə Bəyannaməsini qəbul edib.

“Report” TASS-a istinadən xəbər verir ki, sənəddə Əfqanıstandakı vəziyyətdən də bəhs edilib.

Bildirilib ki, Əfqanıstanda vəziyyətin tezliklə tənzimlənməsi ŞƏT məkanında təhlükıəsizlik və sabitliyin qorunması, güclənməsi üçün vacib amillərdən biridir: “ŞƏT Əfqanıstanda qurulacaq yeni hökumətdə bütün etnik, dini və siyasi qrupların nümayəndələrinin iştirakını vacib sayır”.

Təşkilatın sənədində qadınların siyasət, iqtisadiyyat, sosial və başqa sahələrdə geniş şəkildə iştirakının təmin olunmasının vacibliyi vurğulanıb.

Qeyd edək ki, ŞƏT 2001-ci il iyunun 15-də təsis edilib. Hindistan, Qazaxıstan, Qırğız Respublikası, Çin, Pakistan, Rusiya, Tacikistan, Özbəkistan və İran təşkilatın üzvləridir. Xatırladaq ki, İran Düşənbə toplantısında üzv qəbul olunub. Əfqanıstan, Belarus, Monqolustan isə təşlilatda müşahidəçi statusa malikdir. Rus və çincə ŞƏT-in rəsmi dilləridir.


mənbə :
Report.az

SET-in Dusenbe Beyannamesinde  Efqanistandaki veziyyetden de behs edilib