İçeriğe geçmek için "Enter"a basın

Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Ağdama səfər edib - FOTO

17-09-2021

[r32]
16:38 xeber –

Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın bu gün Ağdama səfəri başlayıb.

APA-nın məlumatına görə, xüsusi nümayəndə Toivo Klaar Ağdama səfər çərçivəsində Pənahəli xanın İmarət kompleksində olub.

T. Klaar İmarət kompleksinə, burdakı türbələrə baxış keçirib, ermənilərin kompleksin ərazisində törətdiyi vandallıq əməllərinin şahidi olub.

Ağdam şəhəri daxil olmaqla Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov xüsusi nümayəndəyə ermənilərin işğal altında saxladığı Azərbaycan ərazilərində, o cümlədən Ağdamda mədəni, tarixi və dini abidələrini dağıtdığını, evləri, inzibati binaları, muzeyləri və digər sosial obyektləri yerlə yeksan etdiyini bildirib.

Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar Ağdam Dövlət Dram Teatrının binasının qalıqları ilə də tanış olub.

T. Klaar binanın fasad divarına baxıb, dağıntıları gözləri ilə görüb.

 

Qeyd edək ki, T. Klaar regiona səfəri çərçivəsində Ermənistanda da olub.


mənbə :
www.ona.az

Avropa İttifaqinin Cenubi Qafqaz uzre xususi numayendesi Agdama sefer edib – FOTO