27.11.2015 / 21:38 xeber –
Nigeriyada törədilən terror aktı nəticəsində azı 20 nəfər ölüb, 50 nəfər yaralanıb.
APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, hadisə ölkənin şimalında yerləşən Kano şəhəri yaxınlığında baş verib.
Terrorçu-kamikadze dini mərasim zamanı özünü partladıb. Hücumun "Boko Haram" terror qruplaşması tərəfindən təşkil olunduğu bildirilir.
mənbə :
lent.az