İçeriğe geçmek için "Enter"a basın

Nardaranlıların danışıq təklifi rədd edildi

27-11-2015

21:25 xeber – Nardaranda ötən gün baş vermiş qarşıdurmadan sonra bu gün artıq sakitlikdir. Nardaranda təhlükəsizliyin təmin edilməsi üçün kəndə polis cəlb edilib. Bu gün bir qrup ağsaqqal danışıqlar təklif edib.

Azadlıq.az xəbər verir ki, ans tv-nin məlumatına görə, Baş Prokurorluq Nardaran ağsaqqalı Məşədi Natiq Kərimovun danışıqlar təklifini qəbul etməyib.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov ANS-ə silahlı dəstə ilə danışıq aparmaq niyyətləri olmadığını söylədi.

Hazırda Baş Prokurorluq yanında Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində cinayət işi üzrə istintaq-əməliyyat qrupu yaradılmaqla insidentin bütün iştirakçılarının, həmçinin həmin silahlı dəstəyə köməklik etmiş şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi istiqamətində zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

Bu gün Nardaran kəndində sakitlik hökm sürüb. Baxmayaraq ki, polis gücləndirilmiş iş rejimində işləyir. Kəndə gedən yolda avtomobillər yoxlanılır. Kəndin girəcəyində isə bəzi şəxslər daşlardan və təkərlərdən barrikadalar qurublar.

Bu arada Nardaran kəndinin elektrik enerjisi kəsilib. “Azərişıq” ASC-nin mətbuat katibi Tanrıverdi Mustafayev ANS-ə bildirdi ki, işığın kəsilməsinə səbəb abonentlərin borclu olmasıdır.

Nardaran kəndinin ümumi ödəmə göstəricisi 2% təşkil edir. Xəbərdarlıqdan sonra kəndə işığın verilməsi dayandırılıb.

mənbə :
anspress

Bir yorum

  1. araz 28/11/2015

    yaxşıdi nardaran kendi deyisiz
    ele işığın getmağınnan aftamabillerin gel gedinden yazmışız ki adam deyir hetmen azerbaycanın musel neyneva tekrit şeherleri elden getdi
    iranda tebrizde erdebilde urumiyyede zencanda vurhavur düşende gör ne olur

Yorumlar kapatıldı.

Nardaranlıların danışıq teklifi redd edildi