İçeriğe geçmek için "Enter"a basın

Bu ölkədə hicab və niqab qadağan ediləcək

27-11-2015

21:05 xeber – Estoniyada hicabın və niqabın geyinilməsi qadağan edilə bilər.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, ölkənin Ədliyyə Nazirliyi bu barədə qanun layihəsini müzakirə etmək üçün onu Estoniyanın digər nazirlik və idarələrinə göndəriblər.

Qanun layihəsində qadınların ictimai yerlərdə, ilk növbədə dövlət, təhsil və tibb müəssisələrində hicab və niqabın geyinilməsini qadağan edir.

Nazirliyin mətbuat xidməti bildirib ki, qanunun əsas məqsədi miqrantlar da daxil olmaqla eston cəmiyyətində və sosial mühitdə vahid – narahatlıq doğurmayan davranış formalaşdırmaqdır.

“Mütəxəssislərlə təhlil edəndən sonra ilk növbədə mürəkkəb problemlərin qarısını almaq üçün üzün örtülməsi üçün örtüklərin geyilməsinin məhdudlaşdırılması haqqında müzakirələrin aparılmasını vacib hesab edirəm”, – deyə Estoniyanın ədliyyə naziri Urmas Reynsalu bildirib.

Qanun layihəsinin hazırlanması “İstanbul Konvensiyası” kimi də tanınan “Qadına qarşı zorakılıq və məişət zorakılığının qarşının alınması haqqında konvensiya” ilə bağlıdır.

Estoniya bu razılığı 2014-cü ildə imzalayıb. Konvensiyaya imzanı ölkənin Ədliyyə naziri Andres Anvelt atıb.


Andres Anvelt – Estoniyanın ədliyyə naziri

Ədliyyə Nazirliyi yeni layihəni şərh edərkən bildirib ki, “İstanbul Konvensiyası”nda bir sıra qanunlar var ki, onlar Estoniyada mövcud deyil və ya dəyişikliyə ehtiyacı var. Orada qeyd edilir ki, hicab və niqabın qadağan edilməsi heç də azadlığın məhdudlaşdırılması kimi qiymətləndirilməməlidir.

“İstanbul Konvensiyası” dünyada qadını hər növ zorakılıqdan qoruyan və eləcə də qadına qarşı zorakılığı və məişət zorakılığını məhkəmə qaydasında araşdıran və aradan qarldıran, məcburi öhdəlik yaradan ilk müfəssəl hüquqi sənəddir. Konvensiya həmçinin yerli səviyyədə icrasının beynəlxalq qaydada müşahidə olunması mexanizmini də nəzərdə tutur.

Konvensiya, səkkizi üzv dövlət olmaqla, on dövlət tərəfindən ratifikasiya olunduqdan sonra qüvvəyə minəcək. Bu günədək səkkiz ölkə sənədi ratifikasiya edib, 24-ü isə imzalayıb, amma hələ ratifikasiya etməyib. Azərbaycan Konvensiyanı nə imzalayıb, nə də ratifikasiya edib.

mənbə :
anspress

Bu ölkede hicab ve niqab qadağan edilecek