İçeriğe geçmek için "Enter"a basın

Məşhur aktrisa nişanlandı - FOTO

27-11-2015

20:48 xeber – Türkiyənin məşhur aktrisası nişanlanıb.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, 2 il sevgili olan Kadir Doğulu ilə Neslihan Atagül nişanlanıblar. “Möhtəşəm Yüz il Kösəm” serialında oynayan Kadir Doğulu ilə “Qara Sevda”nın qəhrəmanlardan biri olan Nesilhan Atagül sadə üzük taxma mərasimi ediblər

Tanınmış artistlərin xüsusi günündə yaxın dostları iştirak ediblər. Onlar xoş günlərində çəkilmiş fotoları sosial şəbəkədə paylaşıb.


Cütlükün nişan mərasimi

Bir müddət əvvəl məşhur türk aktrisası Fahriye Evcenin sevgilisi Burak Özçiviti tərəf müqabili Neslihan Atagülə qısqanması xəbərləri gündəmə gəlib. Burak Özçivitin hazırda çəkildiyi serialda sevgilisi rolunu Neslihan Atagül ifa edir.


Kadir Doğulu ilə Neslihan Atagül

Onların film boyu olduqca səmimi səhnələri belə şayiələrin yayılmasına əsas verib. Fahriye Evcenin son günlər tez-tez çəkiliş məkanına getməsi bu səhnələri gördükdən sonra sevgilisini qısqanması ilə əlaqələndirilirdi.


Fahriye Evcen sevgilisi Burak Özçivit ilə

Bu nişan mərasimindən sonra bütün şayiələr yox oldu. Neslihan Atagülün sevgilisi Kadir Doğulu ilə xoşbəxt olduğu qeyd olunur.

mənbə :
anspress

Meşhur aktrisa nişanlandı – FOTO