27.11.2015 / 19:45 xeber –
Nardaranda əhali dünənki hadisədə ölən şəxslərin cənazələrinin gətirilməsini gözləyir. Lent.az-ın qəsəbədə olan əməkdaşının verdiyi məlumata görə, təxminən 150-200 nəfər insan bir neçə qrupa bölünüb və kənddə qalanmış bir neçə tonqalın ətrafında toplaşıb. Əməkdaşımız qəsəbədən bildirir: “Onlar əllərində dəmir borularla gözləyirlər”.
Hazırda qəsəbəyə nəqliyyat vasitələrinin girişi məhdudlaşdırılıb. Bir qrup yerli sakin yolu bağlayıb və Nardarana gələnləri sorğu-sual edərək qəsəbəyə buraxırlar.
Nardarana elektrik enerjisinin verilişi dayandırıldığından qəsəbə qaranlığa bürünüb.
mənbə :
lent.az