İçeriğe geçmek için "Enter"a basın

Çingiz Əsədullayev: "Ölkədən qaçmağım barədə xəbərlər yalandır"

27-11-2015


27.11.2015 / 18:39 xeber –

 

“Mənim ölkədən qaçmağımla bağlı son vaxtlar yayılan xəbərlər yalan və böhtandan başqa bir şey deyil”. Lent.az-ın məlumatına görə, bunu “Azəriqazbank”ın rəhbəri Çingiz Əsədullayev bildirib.

 

10 il Ağdaşdan deputat seçildiyini deyən Ç. Əsədullayev xalqa bacardığı qədər xidmət göstərdiyini deyib, seçicilərlə hər hansı problemi olmadığını söyləyib. “Builki parlament seçkilərindən sonra dairə komissiyası seçkinin nəticələrini ləğv etdi və bu, mənim üçün müzakirə obyekti deyil. Mən heç nədən asılı olmayaraq özünü prezident İlham Əliyevin əsgəri hesab edirəm”.

 

Ç. Əsədullayev bundan sonra 36 il məşğul olduğu bank sahəsində fəaliyyətini davam etdirəcəyini və ciddi islahatlara ehtiyacı olan bank sahəsində sözünü deyə biləcəyini söyləyib.

 

6 övladı olduğunu deyən Ç. Əsədullayev övladlarının hamısının Azərbaycanda təhsil aldıqlarını, burada yaşadıqlarını, əmək fəaliyyəti ilə məşğul olduqlarını vurğulayıb. “Mən ailəmi qoyub hara gedə bilərəm? Öz şəxsi ailəmdən başqa 750 nəfər əməkdaşı olan “Azəriqazbank” adlı ailəm var, kim öz ailəsinə xəyanət edər?”, – deyə Ç.Əsədullayev ölkədən getməyə hazırlaşması haqda yayılan xəbərlərə mənfi münasibətini birmənalı ifadə edib.

 

Ç. Əsədullayev ailəsinə, ölkəyə, vətənə, dövlətə heç zaman, heç bir halda xəyanət etməyəcəyini, öz əvvəlki mövqeyində qalacağını söyləyib. “Əgər bir gün yenə eşitsəniz ki, ölkədən getdiyimi deyirlər, yenə də inanmayın”. 

mənbə :
lent.az

Çingiz Əsedullayev: "Ölkeden qaçmağım barede xeberler yalandır"