İçeriğe geçmek için "Enter"a basın

İŞİD-ın "reklam qızı" çəkiclə öldürüldü - FOTO

26-11-2015

10:37 xeber – Evdən qaçıb İŞİD terrorçularına qoşulan avstryalı qızlar öldürülüb. Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, bosniyalı qızlar Səbinə və Səmra könüllü olaraq qoşulduqları terrorçuların əlindən qaçmağa çalışıblar. Lakin onların bu cəhdləri ölümlərinə səbəb olub.

16-17 yaşları olan qızlar ötən ilin aprel ayında evdən qaçıblar. Gözəllikləri ilə qısa müddətdə məşhurlaşan və fotoları bütün dünyaya yayılan qızlar ailələrindən xəbərsiz Suriyaya gedərək İŞİD terrorçularına qoşulublar.

Vyanada yaşayan Samra Kesinovic (17) və Sabina Selimovicin (16) terror təşkilatına qoşulmaları dünyanın gündəmində geniş yer tapmışdı. Onlar Vyanadan Ankaraya, oradan isə Suriyaya keçmişdilər. Təhlükəsizlik qüvvələri bir müddət qızların izini sürdürə bilsə də, sonradan onları itirmişdi.


Qızların əllərində “Kalaşnikov”la çəkdirdiyi fotosu

Qızlar son olaraq sosial şəbəkə səhifələrində qara çadrada əllərində “Kalaşnikov”larla fotolarını yerləşdirmişdilər. Terror təşkilatı avropalı gəncləri Suriyaya çəkmək üçün təbliğat məqsədilə qızlardan geniş istifadə edib. Buna görə də İŞİD terrorçularının reklam məqsədilə istifadə etdiyi qızlar “poster qızları” kimi tanınırdı.

Qızların öldürülməsi barədə məlumat İŞİD-n əlindən qaçmağı bacaran tunisli qadına istinadla yayılıb. Adı açıqlanmayan qadın Sabinanın dekabr ayında döyüşlərdə, Samranın isə İŞİD-ın qalası olan Rakkadan qaçmağa çalışarkən çəkiclə döyükərək öldürüldüyünü deyib.


İŞİD terrorçuların reklam məqsədilə istifadə etdiyi Samra və Sabina

Onların Suriyada nə yaşadıqları, nə üçün qaçmağa çalışmaları barədə isə məlumat yoxdur. Ötən il Fransanın “Paris Match” jurnalına açıqlama verən qızlar Suriyada dinlərini daha rahat yaşaya bildiklərini və buna görə, ox hüzurlu olduqlarını demişdilər.

Əslən bosniyalaı olan qızlar evdən qaçmamışdan öncə ailələrinə məktub yazıblar. Məktubda onlar Suriyadakı cihada qoşulmağa getdiklərini qeyd ediblər: “Biz Suriyaya gedirik. Cənnətdə görüşərik”.
Onlar Suriyada çəkdirkiləri video da Allahın onları Suriyaya çağırdığını demişdilər. “Bu günə qədər Allah bizə Vyanada yaşamaq fürsətini verdi. Ancaq biz artıq Suriyada olmalıyıq. Allah bizi buraya çağırırdı”.

mənbə :
anspress

İŞİD-ın “reklam qızı” çekicle öldürüldü – FOTO