İçeriğe geçmek için "Enter"a basın

İŞİD-ın "poster qızı" çəkiclə öldürüldü - FOTO

26-11-2015

10:37 xeber – Evdən qaçıb İŞİD terrorçulaçrına qoşulan avstryalı qızlar öldürülüb. Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, bosniyalı qızlar Səbinə və Səmra könüllü olaraq qoşulduqları terrorçuların əlindən qaçmağa çalışıblar. Lakin onların bu cəhdləri ölümlərinə səbəb olub.

16-17 yaşları olan qızlar ötən ilin aprel ayında evdən qaçıblar. Gözəllikləri ilə qısa müddətdə məşhurlaşan və fotoları bütün dünyaya yayılan qızlar ailələrindən xəbərsiz Suriyaya gedərək İŞİD terrorçularına qoşulublar.

Vyanada yaşayan Samra Kesinovic (17) və Sabina Selimovicin (16) terror təşkilatına qoşulmaları dünyanın gündəmində geniş yer tapmışdı. Onlar Vyanadan Ankaraya, oradan isə Suriyaya keçmişdilər. Təhlükəsizlik qüvvələri bir müddət qızların izini sürdürə bilsə də, sonradan onları itirmişdi.

Qızlar son olaraq sosial şəbəkə səhifələrində qara çadrada əllərində “Kalaşnikov”larla fotolarını yerləşdirmişdilər. Terror təşkilatı avropalı gəncləri Suriyaya çəkmək üçün təbliğat məqsədilə qızlardan geniş istifadə edib. Buna görə də İŞİD terrorçularının reklam məqsədilə istifadə etdiyi qızlar “poster qızları” kimi tanınırdı.

Qızların öldürülməsi barədə məlumat İŞİD-n əlindən qaçmağı bacaran tunisli qadına istinadla yayılıb. Adı açıqlanmayan qadın Sabinanın dekabr ayında döyüşlərdə, Samranın isə İŞİD-ın qalası olan Rakkadan qaçmağa çalışarkən çəkiclə döyükərək öldürüldüyünü deyib.

Onların Suriyada nə yaşadıqları, nə üçün qaçmağa çalışmaları barədə isə məlumat yoxdur. Ötən il Fransanın “Paris Match” jurnalına açıqlama verən qızlar Suriyada dinlərini daha rahat yaşaya bildiklərini və buna görə, ox hüzurlu olduqlarını demişdilər.

mənbə :
anspress

İŞİD-ın “poster qızı” çekicle öldürüldü – FOTO