İçeriğe geçmek için "Enter"a basın

Rusiyaya məxsus helikopter qəzaya uğradı, ölənlər var (YENİLƏNİR)

26-11-2015

10:10 xeber – Mi-8-in vertolyotu Rusiyanın Krasnoyarsk əyalətində qəzaya uğrayıb.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, vertolyotla əlaqə Krasnoyarsk əyalətinin Turuxanski rayonunda itib. Vertolyotun sərnişinləri
havada olarkən, Mi-8 hava gəmisinin qəzası haqqında təcili xidmətlər bölməsinə məlumat verilib.

İlkin məlumatlara görə artıq 8 nəfər həlak olub. Ümumilikdə helikopterdə 25 nəfər olub. Onlardan 22-si sərnişin, qalanı isə ekipaj üzvləri olub.

Qəza yerinə artıq axtarış-xilasetmə qrupu göndərilib. Rusiyanın FHN-nin məlumatına əsasən, Xidmətin əməkdaşları İqarkadan neftçıxarılan stansiyaya uçurdu.

Mi-8 helikopteri “Turukan” aviaşirkətinə aiddir.

mənbə :
anspress

Rusiyaya mexsus helikopter qezaya uğradı, ölenler var (YENİLƏNİR)