İçeriğe geçmek için "Enter"a basın

Ruslardan təklif - "Su-24"ün əvəzinə Ayasofyanı verin

26-11-2015

10:00 xeber – Rusiyadan Türkiyə tərəfindən vurulan “Su-24” hərbi təyyarəsi ilə bağlı qəribə təklif. Azadlıq.az xəbər verir ki, anspress-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, Rusiya “SU-24″ün əvəzində Aysofyanı istəyib.

Bu qəribə təklifi Rusiya Dövlət Dumasının deputatı Sergey Qavrilov səsləndirib. Qavrilov sərhəddi pozdudğu üçün vurulan təyyarəyə görə, Türkiyəni təəccübləndirən bəyanat çıxış edib.

O, Türkiyənin dostyana addım ataraq Ayasofiyanı Ortodoks Kilsəsinə qaytarmasını gözlədiyini deyib. Onun sözlərinə görə, bu addım İslam və Türkiyənin yüksək siyasi pillədəkilərin xoş niyyətini göstərər bilər.

“Türk-Rus münasibətləri bir sınaqdan keçir. Belə bir zamanda dostca davranışlar və təkliflər böyük önəm daşıyır. Ayasofya-nın kilsəyə geri qaytarılması üçün türkiyədədn səmimi addımlar gözləyirik”.


Ayasofya muzeyi

Ayasofya Türkiyənin İstanbul şəhərində yerləşən, əvvəl provoslav kilsəsi, daha sonra məscid, hal-hazırda isə muzey olan məbəddir. Bizans dövrunə aid olan Aya Sofya Bizansın “qızıl əsrinin” simvoludur.


Ayasofyanın içindən görüntü

Bu, hərbi təyyarənin vurulmasından sonra rusların səsləndirdiyi ilk qəribə fikir deyil, Belə ki, Bu sözləri Rusiyanın Lideral Demokrat partiyasının sədri Vladimir Jirinovski “Rossiya 1” telekanalında “Su-24-ün vurulması hadisəsinə həsr olunan “Veçer s Vladimirom Solovyovım” verilişində türklərlə-erməniləri üz-üzə qoymaq lazım olduğunu deyib.

“Ermənilər türklərə nifrət edirlər, əgər biz onlara qərb torpaqlarını azad etməyə icazə versək onlar bunu böyük məmnuniyyətlə edərlər. Ermənilər bunu 1918-ci ildə etmişdilər, lakin Moskva o zaman onlara dəstək vermədi, Türkiyə tərəfinə keçdi.”

Bir neçə gün öncə Türkiyə qırıcıları Suriya ilə sərhəddə Rusiyaya məxsus həbi təyyarəni vurublar. Məlumata görə, Su-24 təyyarəsi Türkiyə ilə sərhəddi pozduğu üçün vurulub. Rusiya isə bu iddiaları təkzib edir.

Vurulan “Su-24” də iki pilot olub. Onlar yanan təyyarədən çıxa bilsələr də, biri türkmənlər tərəfindən vurularaq havada öldürülüb. İkinci pilot isə Suriyadakı rus hərbi bazasına təhvil verilib.

Təyyarə ilə bağlı insidentdən sonra hər iki tərəfin dövlət başçıları sərt bəyanatalar səsləndiriblər. Rusiya lideri Vladimir Putin bunu Rusiyaya vurulan arxdan zərbə adlandırıb. O, bu hadisənin Türkiyəyə ilə əlaqələrə təsir edəcəyini deyib.

Təyyarənin vurulmasından sonra Rusiya XİN rəhbərinin Türkiyəyə bu günə planlaşdırılan səfəri təxirə salınıb. Ruslara Türkiyəyə turist səfərlərindən qaçmaq tövsiyyə edilib.

ABŞ və NATO Türkiyənin öz suverenliyini müdafiə hüququnu dəstəkləyib.

mənbə :
anspress

Ruslardan teklif – “Su-24″ün evezine Ayasofyanı verin