İçeriğe geçmek için "Enter"a basın

Bakıda silahlı insident: ağır yaralı var

26-11-2015

08:15 xeber – Bakının Nərimanov rayonunda odlu silahdan da istifadə olunan kütləvi dava baş verib. Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, qanlı hadisə Məlik Məmmədov küçəsi ev 16, mənzil 2 ünvanında, Feyzulla Babayevə məxsus evdə qeydə alınıb. Naməlum şəxslərin hücumu nəticəsində ev sahibinin 25 yaşlı oğlu Vüsal Babayev həm biçaqla həm də tapancadan açılan atəşlə yaralanıb. Xəsarət alan şəxs yaxınlarının köməyi ilə travmotologiya inistutuna aparılıb. Hazırda yaralı gənc polis nəzarəti altında müalicə alır. Yaxınlarının sözlərinə görə, Vüsalın yaraları ciddi və həyati təhlükəlidir.

Zərərçəkənin anası Zəranə Babayevanın iddiasına görə, oğlu yaşadıqları evin qarşısında hücuma məruz qalıb. Onun sözlərinə inansaq, Vüsal Babayevə odlu silahla vuranlar, onu öldürmək istəyiblər.

Məlumatı dəqiqləşdirmək məqsədi ilə 18-ci polis bölməsinə yollandıq. Bölmə rəhbərliyi ilə apardığımız söhbət zamanı məlum oldu ki, hadisə Babayevlər ailəsinin dediyi kimi, bayırda yox, mənzilin daxilində baş verib. Polis əməkdaşlarının evə keçirdiyi baxış zamanı otaqlardan giliz də tapılıb. İlkin məlumata görə, qanlı hadisə vaxtı makarov tipli tapancadan istifadə edilib.

Nərimanov rayon polis idarəsi və 18-ci polis bölməsinin keçirdiyi əməliyyat tədbirləri ilə, hadisənin iştirakçisi olduğu ehtimal edilən bir neçə nəfər artıq saxlanılıb. Onlara məxsus avtomobillər də artıq bölməyə gətirilib. Hələlik istintaq sirri olduğundan onların şəxsiyyətləri açıqlanmır. İnsidentlə bağlı isə, artıq rayon polis idarəsində cinayət işi də başlanılıb. Hadisənin dəqiq baş vermə səbəbləri araşdırılır.

mənbə :
anspress

Bakıda silahlı insident: ağır yaralı var