İçeriğe geçmek için "Enter"a basın

Tanınmış aktyor tanınmaz hala düşdü - FOTO

25-11-2015

09:43 xeber – Hollivud aktyoru pəhriz nəticəsində tanınmaz hala düşüb.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, avstraliyalı aktyor Kris Hemsfort saxladığı pəhriz nəticəsində tanınmaz hala düşüb. O, gündə cəmi 500 kalorilik qida qəbul edərək 7 kilo arıqlayıb. 32 yaşlı aktyor sosial şəbəkədə yeni fotolarını paylaşaraq saxladığı pəhrizi heç kimə məsləhət görmədiyini bildirib. Öz yeni formasından təəssüflənsə də Kris bu addımı çəkildiyi yeni filmdəki obrazı üçün atıb.


Kris Henmsvortun “İnstaqram” hesabı

“Dənizin ürəyi” adlı filmdə baş rolu oynayan aktyora obrazı üçün həddən artıq arıqlamaq tələbi qoyulub. 19-cu əsrdə baş verən hadisələrin əks olunduğu filmdə balina ovundan bəhs edilir. Nəhəng balinanın gəmiyə hücumu isə ovçuların bütün həyatını dəyişir. Gəminin 20 nəfərlik heyəti qayıqlara minərək 3 ay yarım okeanda sağ qalmaq üçün mübarizə aparır. Filmin gələn ay təqdim olunması planlaşdırılır.

Bu cür eksperimentləri bir çox ulduzlar film çəkilişlərinə görə ediblər. Məşhurların belə addımları tamaşaçılar və rejissorlar tərəfindən bəyənilir.

63 yaşlı Liam Nison “Suküt” adlı film üçün 9 kiloqram arıqlayıb. Hətta şaiyə yayılmışdı ki, aktyor ağır xəstəlikdən əziyyət çəkdiyi üçün arıqlayıb.


Liiam Nison “Sükut” filmi

mənbə :
anspress

Tanınmış aktyor tanınmaz hala düşdü – FOTO