İçeriğe geçmek için "Enter"a basın

Bakıda qadın özünü bıçaqladı

25-11-2015

09:02 xeber – Bakının Sabunçu rayonunda gənc qadının bıçaqlanması hadisəsi baş verib. Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, qanlı hadisə rauonun Bakıxanov qəsəbəsindəki yataqxanalardan birində qeydə alınıb. Polis bölməsinə, orada yaşayan 24 yaşlı Fərqanə Abbasovanın çox saylı bıçaq xəsarətləri alması barədə məlumat dqaxil olub. Yaralını xəstəxanaya polis əməkdaşları çatdırıblar. Müayinə zamanı həkimlər bıçağın daxilə nüfuz etdiyini aşkar ediblər. Yaraları dərin olan 24 yaşlı xanım əməliyyat olunub.

Hadisəni araşdıran 12-ci polis bölməsindən verilən məlumata görə, Fərqanə Abbasova özü-özünə bıçaqla xəsarət yetirib. Əlbəttə bu ilkin versiyadır. Hadisənin tam dəqiq baş vermə səbəbləri isə aparılan araşdlrmalardan sonra məlum olacaq.

mənbə :
anspress

Bakıda qadın özünü bıçaqladı