İçeriğe geçmek için "Enter"a basın

Mustafa Dənizli heyəti açıqladı - FOTO

25-11-2015

07:55 xeber – Çempionlar Liqasında çıxış edən “Qalatasaray”ı bu gün çətin sınaq gözləyir.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, Mustafa Dənizlinin yetirmələri qrup mərhələsinin 5-ci turu çərçivəsində “Atletiko”nun qonağı olacaq.

Ötən gün komandanın sükanı arxasına keçmiş Dənizli çətin İspaniya səfərinə 21 futbolçu ilə yollanıb. Zədəli olan komandanın liderləri Burak Yılmaz və Səlçuk İnan bu səfərə getməyib. Bundan başqa Mustafa Dənizli özü də Türkiyədə qalıb. Dənizli yeni işinə həftə sonu start verəcək. “Sarı-qırmızılar”ı madridlilərlə görüşə komandanın qapıçılar üzrə məşqçisi Klaudio Taffarel çıxaracaq.


“Qalatasaray” klubu

“Qalatasaray”ın Madridə aparıldığı heyət:
Fernando Muslera, Eray İşçan, Cenk Gönen, Aurelien Şedju, Hakan Balta, Semih Kaya, Koray Günter, Olcan Adın, Tarık Çamdal, Sabri Sarıoğli, Yason Denayer, Bilal Kısa, Cem Paul Karacan, Yasin Öztekin, Uesli Sneyder, Joze Rodriqes,Emre Çolak, Umut Bulut, Lukaş Podolski, Sinan Gümüş

Bu arada Mustafa Dənizli “Qalatasaray”ın ev oyunlarını keçirdiyi “TT Arena”nı ziyarət edib. Stadionun hər yerini gəzən təcrübəli mütəxəssis ot döşəməyə daha çox diqqət yetirib.

mənbə :
anspress

Mustafa Denizli heyeti açıqladı – FOTO