İçeriğe geçmek için "Enter"a basın

Putinin İrana apardığı Quran Azərbaycana məxsusdur

25-11-2015

07:37 xeber – Rusiya prezidenti Vladimir Putinin 8 ildən sonra İrana ötən gün baş tutmuş səfəri İran və Rusiya mətbuatı ilə bərabər dünyanın da diqqət mərkəzində olub. Rusiya prezidentinin səfər çərçivəsində İranın Ali dini lideri, Ayətulla Seyid Əli Xamenei, ölkə prezidenti Həsən Ruhanilə görüşüb.

Neftlə yanaşı, Suriya məsələsinin də diqqət mərkəzində olduğu müzakirələrdə xristian ölkənin lideri kimi Putinin İranın Ali dini liderinə verdiyi Quran da maraqla qarşılanıb. Bizim üçün maraqlı məqam isə, bu Quranın əvvəllər Azərbaycana məxsus olmasıdır.

Moskva Universitetinin Orta Şərq fakültəsinin məlumatına görə, əlyazma olan möhtəşəm Quran Əməvi xəlifəsi Mərvan dövrünə aiddir.

Hansı ki, Şam valisi bunu Osmanlı padşahı Sultan Səlimə hədiyyə etmişdi. Sonradan Osmanlı sultanlarından biri Quranı Abbas Mirzayə – İran taxt-tacının vəliəhdinə hədiyyə edib.

Abbas Mirzə Qacarlar sülaləsindən idi və məhz Ağaməhəmməd Şah Qacarın – atısının əmisinin göstərişi ilə vəliəhd seçilmişdi. Onun ana babası da Quba xanı Fətəli xan idi ki, məhz onun sayəsində Abbas Mirzənin uşaqlığı Azərbaycanın Quba rayonunda keçib.

Hətta bir ara Fətəli xan onu İrana aparıb şah elan etmək fikrinə də düşmüşdü. Amma 1804-cü ildə başlayan Rus-İran müharibəsi buna imkan vermədi.

Ababs Mirzə də tarixdə şah kimi yox, vəlihəd kimi qaldı. Həm də Rusiya-İran müharibəsinin qəhrəmanı kimi.

İndi Rusiya prezidenti Vladimir Putinin İranın Ali dini liderinə bağışladığı Quran kitabını da o vaxt Abbas Mirzə Rusiya-İran müharibəsində qəhrəmanlıq göstərən Gəncə valisinə hədiyyə edibmiş.

Sovet dövründə Stalin bu Quranı Gəncədən Sankt-Peterburqa – Ermitaja aparılmasına göstəriş verib. Görünür, Rusiya prezidenti İran səfəri üçün ən yaxşı hədiyyənin Ermitajda olduğunu bilirmiş.

mənbə :
anspress

Putinin İrana apardığı Quran Azerbaycana mexsusdur