İçeriğe geçmek için "Enter"a basın

Rus təyyarəsinə olunan xəbərdarlığın audioyazısı yayıldı

25-11-2015

07:19 xeber – Türkiyə – Suriya sərhəddində Rusiyaya aid “SU-24” qırıcı təyyarəsinin Türk “F-16” təyyarəsi tərəfindən vurulması iki ölkə arasında gərginliyə səbəb olub. Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, rəsmi Ankara hadisədən sonra yaydığı bəyanatda Rusiya qırıcısına dəfələrlə xəbərdarlıq olunduğunu, buna baxmayaraq “SU-24” təyyarəsinin Türkiyə hava sərhəddini pozmağa cəhd etdiyini bildirib.

Gecə isə yerli “FOX” telekanalının əsas xəbər buraxılışında türk pilotun rus həmkarına etdiyi xəbərdarlığın audioyazısı yayımlanıb. Səs yazısında türk pilotun 30 saniyəlik intervalla rus pilota 10 dəfə, “Rotanızı təcili olaraq cənuba çevirin!” – deyərək xəbərdarlıq etdiyi eşidilir.

Artıq rəsmi Pentaqon belə bir xəbərdarlıq olunduğunu və rus pilotun bu xəbərdarlığı eşitdiyini bildirib.

Pilotun səs yazısının olduğu həmin videonu ANS PRESS oxucularına təqdim edirik:

Ötən gün Türkiyə hərbi aviasiyasına aid “F-16” qırıcıları bu ölkənin Suriya ilə sərhəddində Rusiya hərbi aviasiyasına aid “SU-24” qırıcısını vurub. Rusiya təyyarəsinin Türkiyənin hava sərhəddini pozduğu bildirilir. Bu hadisədən sonra iki ölkə arasında gərginlik yaranıb. Hər iki ölkənin prezidenti və dövlət rəsmiləri hadisədən sonra bir-birlərinə qarşı kəskin ittihamlarla çıxış edib.

Həmçinin oxuyun:

Türkiyə rus təyyarəsini vurdu (VİDEO, FOTO,YENİLƏNİB)

Rusiyaya daha bir zərbə, helikopter vuruldu (FOTO, VİDEO)

Putin: “Bu arxadan vurulan zərbədir”

Rusların vurulan təyyarəsi ilə bağlı Kremldən ilk reaksiya

Vurulan Rusiya təyyarəsi ilə bağlı ən son xəbər (VİDEO)

mənbə :
anspress

Rus teyyaresine olunan xeberdarlığın audioyazısı yayıldı