İçeriğe geçmek için "Enter"a basın

Peruda 7.5 bal gücündə zəlzələ oldu

25-11-2015

06:54 xeber – Perunun şərqində 7.5 bal gücündə zəlzələ baş verib. Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, Amerika Geolji Araşdırmalar Mərkəzi zəlzələnin Braziliya – Peru sərhəddindəki Amazon çayı hövzəsində yerləşən Puerto Maldonado şəhərinin 296 km şimal-qərbində baş verdiyini bildirib.

Zəlzələ yerin 602 km dərinliyində və insanların az yaşadığı meşəlik ərazidə baş verdiyindən hiss olunmayıb.

Zəlzələ nəticəsində hər hansı bir insan tələfatı və dağıntı gözlənilmir.

mənbə :
anspress

Peruda 7.5 bal gücünde zelzele oldu