İçeriğe geçmek için "Enter"a basın

ABŞ və NATO Türkiyənin öz suverenliyini müdafiə hüququnu dəstəkləyir

25-11-2015

06:28 xeber – Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ prezidenti Barak Obama arasında telefon danışığı baş tutub. Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, prezidentlər danışıq zamanı Rusiyaya aid “SU-24” hərbi təyyarəsinin Türkiyə – Suriya sərhəddində vurulması məsələsini müzakirə ediblər.

Türkiyənin prezident administrasiyasından verilən bəyanata görə, danışıq vaxtı Barak Obama Türkiyənin milli suverenliyini müdafiə haqqına sahib olduğunu, ABŞ-ın və NATO-nun bu hüququ dəstəklədiyini bildirib.

Bundan başqa Ərdoğan və Obama oxşar hadisələrin bir daha baş verməməsinin təminat altına alınması üçün bəzi islahatların həyata keçirilməsi, gərginliyin azaldılmasının əhəmiyyəti barədə həmfikir olduqlarını vurğulayıblar.

Hər iki lider Suriyada siyasi keçid prosesini təmin etmək üçün İŞİD-ə qarşı ortaq mübarizəni davam etdirməkdə qərarlı olduqlarını açıqlayıblar.

mənbə :
anspress

ABŞ ve NATO Türkiyenin öz suverenliyini müdafie hüququnu destekleyir