İçeriğe geçmek için "Enter"a basın

Nyu-Yorkda təhlükəsizlik tədbirləri gücləndirilib

25-11-2015

04:55 xeber – Hazırda Fransa prezidenti Fransua Olland ABŞ-da Ağ Evdə Amerikalı həmkarı Barak Obama ilə görüşür keçirir. Ollandın Vaşinqtona səfəri bir neçə gün öncə “İŞİD” terror qruplaşmasının Birləşmiş Ştatları hədələməsi bu ölkədə təhlükəsizlik tədirlərini ən yüksək həddə çatdırmağa səbəb olub.

Azadlıq.az xəbər verir ki, ans tv-nin məlumatına görə, “İŞİD”in Nyu-Yorkun Times meydanını hədələməsi ölkə polisini ciddi addım atmağa vadar edib. Nyu-York meri Bill De Blazio “İŞİD”dən qorxmuruq bəyanatını vermiş olsa da, tədbirlərini də görürlər.

Amerikada olanlar bilir ki, küçədə silahlanmış polis əməkdaşını görmək mümkün deyildi. Times meydanı indi istisnadır. Əli silahlı yüzlərlə polisin keşik çəkdiyinin şahidi olduq.

Bura “İŞİD” terrorçularının partladacaqları ilə hədələdikləri Times meydanı. Nyu-Yorklular hər gün olduğu kimi yenə də meydandadılar və Nyu-York polisi gücləndirilmiş iş rejiminə keçib. Hər addım başı ən azı beş nəfərdən ibarət olan polis dəstəsinə rast gəlinir.

Polis deyir ki, 24 saat burda olurlar, hər üç saatdan bir növbə dəyişir. Zirehli geyimdə olan polis dəstələrini, eyni zamanda böyük bir ərazini nəzarətdə saxlaya bilən texniki avadanlıqların müşayət etdiyini də onlardan öyrənə bildik.

Əllərində iri çaplı silahlar olan polislər gülümsəməklə sanki insanların sevincini bölməməyə çalışırdılar. Sadə amerikalıların əksəriyyəti isə “İŞİD” terrorçularının hərəkətlərinə qiymət verməyə çəkinir.

Əksər respondent onlara simamı tanıtmaq istəməzdim cavabını əsas gətirərək, müsahibədən yayınırlar.

“Mən düşünürəm ki, dövlət hər şeyin qarşısını alar. Harda nə baş verdiyini dövlət bilir. Mən bu meydanı çox sevirəm və istəmərəm ki, burda nəsə baş versin”, – deyə Nyu-York sakini bildirib.

“Bu yaxşı şey deyil. Burda dinc insanlar gəzir. Onlar günahsızdırlar. Adını islamla eyniləşdirməyə çalışan “İŞİD” silahlı birləşməsinin addımları isə Amerikada mövcud olan islamafobiyanı yenidən qabardıb”, – deyə Nyu-York sakini vurğulayıb.

Amerika Dövlət Departamentində 30 ildən çoxdur işləyən əslən azərbaycanlı olan Həbib AzerSina düşünür ki, indiki mühit, hətta 11 Sentyabr hadisəsindən sonra da formalaşmamışdı.

Getdikcə güclənməkdə olan islamafobiyanın qarşısını almaq üçün hələlik Amerikadakı müsəlmanlar nəzərəçarpan addım atmayıblar.

Ümid ona qalıb ki, dekabr ayında rəsmi açılışı gözlənilən məscidə Türkiyə prezidentilə yanaşı Amerika Birləşmiş Ştatlarının prezidenti Bark Obama da gələcək və ortanı bir az sakitləşdirəcək nələrsə deyəcək.

mənbə :
anspress

Nyu-Yorkda tehlükesizlik tedbirleri güclendirilib