İçeriğe geçmek için "Enter"a basın

NATO: "Rusiya İŞİD-in olmadığı əraziləri bombalayır"

25-11-2015


25.11.2015 / 04:57 xeber –

 İŞİD terror qruplaşması Qərb və Rusiyan üçün ümumi düşməndir. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu NATO-nun baş katibi Yens Stoltenberq deyib.  

 

“İŞİD – ümumi düşməndir, mən İŞİD-lə mübarizədə bütün səyləri alqışlayıram. Rusiya da daxil olmaqla bizim hamımızın bir məqsədimiz olmalıdır – İŞİD-i məğlub etmək”, deyə o Brüsseldə jurnalistlərə bildirib. Stoltenberqin sözlərinə görə, NATO İŞİD-lə mübarizədə bütün səyləri alqışlayır.    

 

NATO-nun baş katibi qeyd edib ki, Rusiyanın Suriyadakı hava zərbələrinin əksəriyyəti İŞİD silahlılarının olmadığı ərazilərə endirilib.  

mənbə :
lent.az

NATO: "Rusiya İŞİD-in olmadığı erazileri bombalayır"