İçeriğe geçmek için "Enter"a basın

UEFA ilin ən yaxşı komandasını seçir

25-11-2015


25.11.2015 / 04:27 xeber –

UEFA-nın rəsmi saytı azarkeşlərə 2015-ci ilin ən yaxşı komandasını seçməyi təklif edib. Apasport.az saytının məlumatına görə, həmişə olduğu kimi bu dəfə də saytın istifadəçilərinin ixtiyarına futbolçuların siyahısı verilib və onun əsasında seçim etmək imkanı yaradılıb.

 

Azarkeşlər aşağıdakı futbolçuların arasından ən yaxşı 11-liyi seçə biləcəklər.

 

Qapıçılar: Canluici  Buffon (“Yuventus”), Co Hart (“Mançester Siti”), Manuel Noyer (“Bavariya”), Boyko (“Dnepr”)

 

Müdafiəçilər: Bonuççi, Kyellini (hər ikisi “Yuventus”), Alaba, Boatenq (hər ikisi “Bavariya”), Pike, Maskerano, Dani Alves (hamısı “Barselona”), Tyaqo Silva, David Luis (hər ikisi PSJ), Qodin (“Atletiko”), Serxio Ramos (“Real”), Rodriqes (“Volfsburq”)

 

 

Yarımmüdafiəçilər: Poqba, Markizio (hər ikisi “Yuventus”), Konoplyanka, Krxkovyak (hər ikisi “Sevilya”), İnyesta, Rakitiç (hər ikisi “Barselona”), Vidal (“Bavariya”), Hakan Çalhanoğlu (“Bayer”), Xames Rodriges (“Real”), Azar (“Çelsi”), Veratti (PSJ), De Bruyne (“Mançester Siti”)

 

 

Hücumçular: Neymar, Messi, Suares (“Barselona”), Levandovski, Müller (“Bavariya”), Aleksis Sançes (“Arsenal”), Beyl, Ronaldo (hər ikisi “Real”), İbrahimoviç (PSJ), Morata (“Yuventus”), Qrizman (“Atletiko”), Aquero (“Mançester Siti”)

mənbə :
lent.az

UEFA ilin en yaxşı komandasını seçir