İçeriğe geçmek için "Enter"a basın

Fövqəladə rejim Belçika iqtisadiyyatını zəiflətdi

25-11-2015

04:28 xeber – Belçikanın paytaxtı Brüsseldə terror təhlükəsi ilə əlaqədar artıq 4 gündür ki, davam edən fövqəladə rejim iqtisadi inkişafı ləngidib. Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, əsasən, ölkənin turizm sektoruna ciddi ziyan dəyib. Şəhərin əsas mağaza və restoranları çoxlu sayda müştəri itib. Yerli sakinlər isə, artıq şikayət etməyə başlayıblar. Sakinlər hökumətin vəziyyətə həddən artıq həssas yanaşdığını bildirirlər.

“Adətən, mağazamızda indikindən 2 dəfə artıq müştəri olurdu. Milad ərəfəsində daha çox müştəri gəlirdi. İndi isə, sadəcə, gəlir şokalada baxıb gedirlər. Belə bir ciddi tədbir şəhər mərkəzi üçün doğru deyil.” – deyə ticart mərkəzlərindən birinin əməkdaşı bildirir.

Belçika hökuməti təkcə şəhər mərkəzinə girişi məhdudlaşdırıb. Lakin şəhərətrafı bölgələrdə də vəziyyətlə əlaqədar iri ticarət mərkəzlərinin biznes fəaliyyəti zəifləyib.

mənbə :
anspress

Fövqelade rejim Belçika iqtisadiyyatını zeifletdi