İçeriğe geçmek için "Enter"a basın

Türkiyə təyyarə insidenti ilə əlaqədar BMT TŞ-ə məlumat verdi

25-11-2015


25.11.2015 / 04:25 xeber –

 Türkiyə hakimiyyəti Suriya ilə sərhəddə Rusiyaya məxsus “Su-24” hərbi təyyarəsinin vurması barədə BMT-nin baş katibi Pan Qi Munu və Təhlükəsizlik Şurasının 5 daimi üzvü olan ölkələrin hökumətlərini yazılı şəkildə məlumatlandırıb.  

 

APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə “Reuters”ə diplomatik mənbələr məlumat verib.  

 

Qeyd edək ki, Türkiyə Hərbi-Hava Qüvvələri ötən gün Suriya istiqamətindən sərhədi pozan Rusiyanın “Su-24” bombardmançı təyyarəsini vurub. İnsident nəticəsində pilotların öldüyü bildirilir, lakin bununla bağlı rəsmi məlumat hələ ki verilməyib. Rusiya tərəfi sərhədi pozmadığını iddia edir.

 

Hadisə rəsmi Moskvanın kəskin reaksiyasına səbəb olub.

 

mənbə :
lent.az

Türkiye teyyare insidenti ile elaqedar BMT TŞ-e melumat verdi