İçeriğe geçmek için "Enter"a basın

Məşhur müğənni səhnədə soyunaraq pul yedi (FOTO, VİDEO)

23-11-2015

11:30 xeber – Dünyanın ən qalmaqallı müğənnilərindən hesab olunan Mayli Sayrus səhnədə soyunub.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, bir çox kliplərində çılpaq çəkilən amerikalı aktrisa və müğənni Mayli Sayrus “İnstaqram” hesabında konsertindən çəkilmiş açıq-saçıq şəkilini yayıb. İfaçı “photoshop” proqramının köməyi ilə bədəninin açıq yerlərini örtüb. 23 yaşlı gənc müğənnin fotoları sosial şəbəkədə sürətlə yayılaraq bəyənilib.

Mayli Sayrus hətta tamaşaçılar tərəfindən ona atılan kağız pulları yeyib.


Mayli Sayrus konsert zamanı.

Oktyabr ayında isə “Flaming Lips” qrupunun solisti Ueyn Koyn “İnstaqram” hesabında şəkil paylaşaraq bildirmişdi ki, Mayli Sayli Sayrus süd içində çılpaq konsert verəcək.


Mayli Sayrusun “İnstaqram” hesabındakı fotosu

Mayli Sayrusun “We Can’t Stop”mahnısı 16 ölkədə birinci olub və “YouTube”də 24 saat içərisində 10.7 milyon dəfə izlənilərək Castin Biberin rekordunu qırıb.

Onun “Wrecking Ball”ı mahnısı da “YouTube” da 24 saat içərisində 19.2 milyon adam tərəfindən izlənilərək “One Direction” qrupunun rekordunu da qırmağı bacarıb.

Bir dəfə nişanlı olub. 2009-ci ildə “Axırıncı mahnı” filmindəki rol yoldaşı Liam Hemsvortla 3 il görüşdükdən sonra nişanlanıb. Lakin 2013-ci ildə ayrılıblar.

“Wrecking Ball” klipi

Müğənni bisseksual olduğunu etiraf edib. O, Stella Maksvella adlı modellə görüşdüyünü açıqlayıb.

mənbə :
anspress

Meşhur müğenni sehnede soyunaraq pul yedi (FOTO, VİDEO)