İçeriğe geçmek için "Enter"a basın

Şəmkirdəki qəzada bir nəfər ölüb, iki nəfər yaralanıb - YENİLƏNİB

22-11-2015


22.11.2015 / 22:07 xeber –

Bakı-Qazax magistral yolunun Şəmkir rayonu ərazisindən keçən hissəsində baş verən yol qəzasında bir nəfər ölüb, iki nəfər yaralanıb.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə, “KAMAZ” markalı maşınla “VAZ-21011”-in toqquşması nəticəsində “VAZ”-ın sərnişini Düyərli kənd sakini, 1959-cu il təvəllüdlü Rafiq Nağıyev hadisə yerində ölüb.

 

Onun həyat yoldaşı, 1972-ci il təvəllüdlü Sevinc Nağıyeva və həmkəndlisi, 1967-ci il təvəllüdlü İxtiyar Cəlilov müxtəlif bədən xəsarətləri alaraq Şəmkir rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

 

Onların vəziyyətlərinin orta ağır olduğu bildirilir.

 

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

 

***

21:21

Şəmkirdə bir nəfərin ölümü ilə nəticələnən yol qəzası qəzası baş verib.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə Bakı-Qazax magistral yolun Şəmkir rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

 

“Kamaz” markalı maşının “VAZ-21011” markalı avtomobillə toqquşması nəticəsində “VAZ” da olan sərnişin, 1959-cu il təvəllüdlü Rafiq Nağıyev ölüb.

 

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

mənbə :
lent.az

Şemkirdeki qezada bir nefer ölüb, iki nefer yaralanıb – YENİLƏNİB