22.11.2015 / 21:17 xeber –
Bərdə rayonunda 12 yaşlı qız dəm qazından zəhərlənib. Hadisə rayonun İmamqulubəyli kəndində qeydə alınıb.
APA-nın Qarabağ müxbiri xəbər verir ki, kənd sakini, 2003-cü il təvəllüdlü Leyla Vəlizadə hamamda dəm qazından zəhərlənib.
Dərhal Bərdə Mərkəzi Rayon Xəstəxanasına çatdırılan L. Vəlizadənin vəziyyəti ağırdır, həyati təhlükəsi var.
mənbə :
lent.az