İçeriğe geçmek için "Enter"a basın

Azərbaycan OPEK-in toplantısına dəvət edilib

22-11-2015


15.12.2008 / 11:00 xeber –

Azərbaycan neft ixrac edən ölkələrin təşkilatı – OPEK-in dekabrın 17-də Əlcəzairdə keçiriləcək toplantısına dəvət edilib.

APA-nın “Associated Press” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Əlcəzairin enerji naziri Şəkib Xəlil açıqlayıb. O, digər dəvət olunan ölkələrin Oman və Suriya olduğunu bildirib. Ş. Xəlil neft hasilatını azaltmaq barədə razılığa gəldiklərini də söyləyib.
Qeyd edək ki, bu ilin birinci yarısında qiyməti rekord səviyyəyə – 147 dollara çatan neft iyul ayından bəri ucuzlaşmağa başlayıb və hazırda 1 barel neftin qiyməti 50 dollardan aşağıdır. Bu, OPEK-i hasilatı azaltmağa vadar edib.

Xatırladaq ki, dünya neft istehsalının 40%-i OPEK-in payına düşür.

mənbə :
lent.az

Azerbaycan OPEK-in toplantısına devet edilib