İçeriğe geçmek için "Enter"a basın

Azərbaycan filminin böyük əks-sədası

22-11-2015

19:33 xeber – Tallində baş tutan nüfuzlu “Black Night” kinofestivalından uğurla qayıdan rejissor Vahid Mustafa Yev “Qanlı Yanvar”ın festivalda oyatdığı rezonans və Azərbaycan kino sənətinin dünyada təmsil olunması barədə danışıb.

Azadlıq.az xəbər verir ki, ans tv-nin məlumatına görə, bununla yanaşı o, Azərbaycan həqiqətlərindən bəhs edən filmin yaxın gələcəkdə daha hansı mötəbər festivallara yollanaçağından da bəhs edib:

“Sözsüz ki, seçdiyimiz festivalların hamısı A katiqoriyasına aid, ən yüksək katiqoriyalı festivallar idi. Şimali Amerika və Çənubi Amerikada təşkil olunan film festivallarından sonra artıq biz Avropaya keçdik. Şimali Amerikada ən böyük film festivalı Monreal beynəlxalq film festivalı sayılır, Cənubi Amerikada San-Paulo festivalı. Avropada isə “Black Night”da – Tallində baş tutan film festivalında iştirak etdik. Hər bir festivalda “Qanlı Yanvar” filmi mükafat aldı. Inşallah, “Qanlı Yanvar” filmi 25 noyabrda Hindistanın Qoa kinofestivalında, yəni Asiyanın ən böyük kinofestivalında da iştirak edəcək”.

Vahid Mustafa Yevlə daha geniş müsahibəyə bu gün saat 21:00-da Mir Şahinin təqdimatında “Hesabat”da baxa bilərsiz.

mənbə :
anspress

Azerbaycan filminin böyük eks-sedası