İçeriğe geçmek için "Enter"a basın

Qaçırdığı avtomobillə qəza törətdi - BAKIDA

22-11-2015


22.11.2015 / 18:04 xeber –

Bakıda avtoyuma sexinin əməkdaşı müştərinin avtomobilini qaçıraraq qəza törədib.

Lent.az milli.az-a istinadən xəbər verir ki, hadisə Xətai rayonunda baş verib. Bakı sakini, 1963-cü il təvəllüdlü Nəriman Əkbərov polisə müraciət edərək bildirib ki, özünə məxsus “Toyota Land Cruiser” markalı avtomobili M.Hadi küçəsində yerləşən “moyka”da işləyən Nicat adlı şəxsə yumaq üçün verib.

Nicat isə avtomobili qaçıraraq şəhərdə sürüb və gecə 02 radələrində K.Kərimov küçəsində maneəyə vuraraq maşını əzib.

Faktla bağlı araşdırma aparılır.

mənbə :
lent.az

Qaçırdığı avtomobille qeza töretdi – BAKIDA