İçeriğe geçmek için "Enter"a basın

Qurbanov: “İstediyim oyunu meydançada gördüm”

28-02-2015


28.02.2015 21:18 xeber –

Qurban Qurbanov “Qəbələ” ilə oyunla (0:1) bağlı fikirlərini bildirib. ANS PRESS-in məlumatına görə, “Qarabağ”ın baş məşqçisi oyundan razı qaldığını deyib:

“Oyundan çox razı qaldım. Məğlub olmağımıza baxmayaraq, istədiyim oyunu meydançada gördüm. Bəzən məğlub olduğum oyunlardan daha çox razı qalıram, nəinki qalib gəldiyimiz oyunlardan. Biz güclü komandaya qarşı oynayırdıq. “Qəbələ”ni təbrik edirəm”.

“Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk çox güclü komandanı məğlub etdiklərini deyib:

“Emosiyalarımız müsbətdi. Biz çox güclü bir komandanı məğlub etməyi bacardıq. Bəlkə, istədiyimiz futbolu nümayiş etdirə bilmədik. Amma istədiyimiz tərzdə oynadıq. Buna görə çox məmnunam. Komandamı təbrik edirəm. Öncəki turlarda hakim səhvləri olmasaydı, daha çox xal qazanardıq. Onlara daha yüksək səviyyəyə çatmağı arzulayıram”.

Mənbə : Anspress.com

Qurbanov: “İstediyim oyunu meydançada gördüm”