İçeriğe geçmek için "Enter"a basın

"Şeytan çarxı"na minən Azərbaycanın siyasi elitası

20-11-2015

22:45 xeber – Düz 24 il bundan əvvəl, Azərbaycan növbəti faciəsini yaşadı. İçərisində siyasi elitanın olduğu helikopter Xankəndi səmasında qəzaya uğradı. Daha dəqiq desək erməni terrorunun qurbanı oldu. Bu faciə 22 nəfərin həyatına son qoymaqla yanaşı, Qarabağ probleminin həllini də təxirə saldı.

Cəmi iki həftə əvvəl, yəni noyabrın 7-də Bakıda Azərbaycan, Qazaxıstan, Türkmənistan, Rusiya və Ermənistan nümayəndələrinin iştirakı ilə görüş keçirilmişdi.

Görüşün mahiyyəti və xarakteri 24 ildən sonra bəlkə də kimlərəsə, gülməli görünər. Çünki, eyni masa ətrafına toplaşan ölkələr Dağlıq Qarabağda hansı xalqın sıxışdırıldığını müəyyən etməyə çalışırdılar. Yəni Azərbaycan tərəfinin arqumentləri yetərli sayılmırdı. Noyabrın 20-də Xankəndinə getmək təşəbbüsü də bu görüşdə razılaşdırılmışdı və nümayəndələr hər şeyi öz gözü ilə görmək istəyirdilər.

Azərbaycan tərəfini say-seçmə adamlar təmsil edirdi. Onlar əvvəlcə Ağdama, sonra helikopterlə Xankəndinə uçurlar. Amma Xocavənd rayonunun Qarakənd kəndi üzərində helikopter vurulur.

Sülh danışıqlarının noyabrın 22-də davam etdirilməsi nəzərdə tutulurdu. Amma noyabrın 22-si tarixi Azərbaycanın yaxın tarixinə sülh danışıqları kimi yox, matəm tarixi kimi yazılır. Ön cəbhədə nə baş verdiyini öz gözü ilə görməkdə maraqlı olan dövlət xadimləri əslində helikopterə yox, şeytan çarxına oturduqlarının fərqinə varmırlar. Amma görünür düşmən fərqində idi.

Düşmənin Çaykənd də daxil olmaqla 24 kəndin ermənilərdən təmizlənməsində rolu olan Məhəmməd Əsədovun, Sumqayıt hadisələri zamanı o, şəhərdə prokuror işləmiş, indisə müstəqil Azərbaycanın ilk baş prokuroru olan İsmət Qayıbovun, SSRİ Xalq Deputatlarınn qurultayında 20 Yanvar faciəsi qurbanlarının xatirəsini yad etmək üçün, hətta Qorbaçovun özünü belə ayağa qalxmağa məcbur edən Tofiq İsmayılovun fiziki məhvində maraqlı olmaması mümkün deyildi.

Bu Azərbaycan xalqına qarşı terror idi. Və bu gün Rusiya təyyarəsinin terror nəticəsində partladıldağını dünyaya car çəkənlər nəzərə almalıdırlar ki, Azərbaycan bunun acısını 24 il əvvəl yaşayıb. “Qara qutu” müəmması isə bu qara dümanda onsuz da heç vaxt görünməyəcək.

Sizin yeriniz isə həmişə görünür. Məhəmməd Əsədov, İsmət Qayıbov, Tofiq İsmayılov, Zülfü Hacıyev, Osman Mirzəyev, Alı Mustafayev və adını çəkə bilmədiyim gözəl insanlar! Bilirik, Dünyanın işi gözə kül üfürməkdir. Amma bu sizin külünüz olmamalıydı…

Allah rəhmət eləsin!

mənbə :
anspress

Bir yorum

  1. Geldekli 20/11/2015

    Hakimiyyət vertolyotla(helikopterlə) barışığa getmişdi. Onu kimlər kimin əmri ilə vurmuşdular. Sumqayıt hadisələrinin istintağı da göstərdi ki, Azərbaycana qarşı əsas cinayətkarlar özünün köməyi olmadan aşkar edilə bilməz. Birinci şəxslərin hallandırmamız DQ-ı elə Moskvadan da tələb edən əsas təşkilatçıların nəinki istindaqdan kənarda qalmasına, hətta yüksək vəzifələr imkanına qaldırdıq.

Yorumlar kapatıldı.

“Şeytan çarxı”na minen Azerbaycanın siyasi elitası