İçeriğe geçmek için "Enter"a basın

Türkiyə Rusiyaya nota verdi - FOTO

20-11-2015

22:12 xeber – Türkiyənin Xarici İşlər Nazirliyi Rusiyanın Ankaradakı səfiri Andrey Karlovu nazirliyə çağıraraq ona etiraz notası təqdim edib.

Azadlıq.az xəbər verir ki, anspress-in məluamtına görə, Türkiyə tərəfi Suriyada türkmənlərin yaşadığı ərazilərə zərbələr endirməsi ilə əlaqədar etiraz edib.

Türkiyə Rusiya hərbçilərini Suriya türkmənlərinin yaşadığı Bayırbucak qəsəbəsinə aviazərbələr vurmaqda ittiham edir. Suriya türkmənləri Suriyanın şimalında yaşayan türk xalqıdır. Bu ölkənin ən böyük etnik qruplarından biri sayılır. Daha əvvəl noyabrın 25-də Rusiya xarici işlər naziri Sergey Lavrovun Türkiyəyə səfərinin planlaşdırılması haqqında məlumat yayılıb.


Rusiyanın Ankaradakı səfiri Andrey Karlov

Bir müddət əvvəl noyabrın 5-də Rusiya qırıcıları Türkiyənin hava sərhədini pozduğundan Rusiya səfiri XİN-ə çağırılmışdı. Səfir Türkiyə XİN-ə çağırılaraq, bu cür əməllərin bir daha təkrarlanmaması üçün tədbirlərin görülməsi tələb edilmişdi.

“Əks halda baş verə biləcək arzu edilməyən bütün hadisələrin məsuliyyətini Rusiya daşıyacaq”, deyə səfirə bildirilmişdi.

Həmçinin Türkiyə xairici işlər naziri Feridun Sinirlioğlu rusiyalı həmkarı Sergey Lavrovla telefon danışığında baş verən hadisəni onun nəzərinə çatdıraraq Rusiya tərəfindən belə halların təkrar olunmamasını tələb etmişdi.

Türkiyənin XİN başçısı hadisə ilə bağlı ABŞ, Almaniya, Böyük Britaniya, Fransa və İtaliyadan olan həmkarlarını, habelə NATO-nun baş katibi Yens Stoltenberqidə məlumatlandırmışdı.


Türkiyənin xarici işlər naziri Firudin Sınıroğlu və Rusiyanın xarici işlər naziri Sergey Lavrov


Rusiyanın Suriyada ilk aviazərbələri xəritədə

mənbə :
anspress

Türkiye Rusiyaya nota verdi – FOTO