İçeriğe geçmek için "Enter"a basın

Ulduz müğənni dünyanın "ən seksual ata"sı oldu - FOTO

20-11-2015

20:44 xeber – Castin Timberleyk dünyanın ən seksual atası seçilib.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, məşhur “People” jurnalı ilin ən seksual kişisinin adını açıqlayıb. Məşhur müğənni Castin Timberleyk 2015-ci ilin “ən seksual ata”sı seçilib.

Sənətçi etiraf edib ki, 7 aylıq oğlu Saylas Rendap həyatının ən böyük hədiyyəsidir. “Mən həyatımda hələ bu qədər az yatmamışam və bununla çox razıyam”.

Ulduz müğənni atalıq hissinin möhtəşəm bir şey olduğunu deyib. Müğənnin oğlunun ilk sözünün “ata” olması xoşbəxt atanı daha da qürurlandırıb.


Castin Timberleyk oğlu Saylas Rendap. İfaçının “İnstaqram” hesabı

“People” jurnalı bir neçə gün əvvəl “İlin ən seksual” kişisi olaraq “Mançester Yunayted”in əfsanəvi sabiq sutbolçusu Devid Bekhemi seçib.


Devid Bekhem – Əfsanəvi futbolçu

Castin Timberleyk 31 yanvar 1981-ci ildə anadan olub, 6 Qremmi mükafatı var. Hal-hazırda Amerikanın ən məşhur müğənni və aktyorlarından biridir. JT olaraq da tanınır. İlk dəfə N Sync qrupu vasitəsilə məşhur olub. 2002-ci ildə isə “Justified” albomu ilə solo karyerasına başlayıb. “People” jurnalı tərəfindən 2005-ci ildə “Dünyanın ən yaraşıqlı kişisi” adına layiq görülüb

mənbə :
anspress

Ulduz müğenni dünyanın “en seksual ata”sı oldu – FOTO