İçeriğe geçmek için "Enter"a basın

Xəzərdən İŞİD mövqelərinə 18 raket atıldı

20-11-2015


20.11.2015 / 19:19 xeber –

Rusiya müdafiə naziri Sergey Şoyqu prezident Vladimir Putinə məruzə edib

Rusiya Xəzər dənizindən İŞİD-in Suriyadakı mövqelərinə 18 raket zərbəsi endirib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya müdafiə naziri Sergey Şoyqu prezident Vladimir Putinə məruzə edib.

 

“Bu gün Xəzər donanmasının gəmiləri Raqqa, İdlib və Hələbdəki hədəflərə 18 qanadlı raket buraxıb. Bütün hədəflər məhv edilib”, – deyə o vurğulayıb.

 

mənbə :
lent.az

Xezerden İŞİD mövqelerine 18 raket atıldı