20.11.2015 / 18:44 xeber –
Bakı Apellyasiya Məhkəməsində “Aztelekom” MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədovun şikayətinə baxılıb.
APA-nın məlumatına görə, məhkəmə şikayəti təmin etməyib.
Qeyd edək ki, bir neçə gün əvvəl Səbayel rayon Məhkəməsinin qərarı ilə M. Məmmədovun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
M. Məmmədov Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.
mənbə :
lent.az