İçeriğe geçmek için "Enter"a basın

“Qarabağ”dan gözlenilmez meğlubiyyet, yalnız “Qebele” ireliledi

28-02-2015


28.02.2015 / 19:07 xeber –

Bu gün Topaz Premyer Liqasında XXIV turun oyunları keçiriləcək. Apasport.az saytının məlumatına görə, milli komandanın təlim-məşq toplanışı səbəbindən 9 gün yaranmış fasilə bununla da başa çatır.

 

Tura "İnter Arena"da start veriləcək. "Qardaş" komandalar hesab edilən "İnter"lə "Simurq" münasibətlərinə aydınlıq gətirəcəklər. Ötən illərdən fərqli, "Simurq" bu mövsüm "böyük qardaş"ına təslim olmur. İlk iki dövrədəki hər iki matçın heç-heçə nəticələnməsi buna əyani sübutdu. Zaqatalalıların son 3 səfər oyununda "İnter"ə uduzmadığını da qeyd etmək lazımdı.

 

"İnter", onsuz da, az olan çempionluq şansını birdəfəlik itirməmək üçün 2 illik həsrətə son qoymaq məcburiyyətindədi. "Bankirlər" bununla həm də ilk "üçlüy"ə ən yaxın komandanı mübarizədən kənarlaşdırmış olacaqlar. "Simurq" isə əksinə, avrokubok şansını davam etdirmək və ilk "üçlüy"ə yaxınlaşmaq üçün mütləq qalib gəlməlidi.

Çempionluq ümidi get-gedə tükənən "Neftçi" isə özünə yaxınlığı ilə tanınan "Sumqayıt"ın qonağı olacaq. "Neftçi" həftəiçi çətin AZAL səfərində qələbə qazansa da, baş məşqçi Arif Əsədov xeyli qayğılıdı. Çünki Elvin Yunuszadə və Emin Mehdiyev cəza, Məqsəd İsayevlə Ernest Nfor isə zədə ucbatından bu qarşılaşmanı buraxacaq. Həmçinin, Denis Silva, Mirhüseyn Seyidov, Elşən Abdullayev və Rəhman Hacıyev də hazırda zədədən əziyyət çəkirlər. Buna baxmayaraq, paytaxt klubu ilk "üçlük"dəki mövqeyini riskə atmamaq üçün Sumqayıtdan 3 xalla dönməlidi. Bir maraqlı məqamı qeyd edək ki, bu komandalar arasında indiyə qədər "gənclik şəhəri"ndə baş tutan oyunların heç birində bərabərlik qeydə alınmayıb.

 

Turun ən maraqlı diqqətçəkən oyunu Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Çempionluq yolunda inamla irəliləyən "Qarabağ" qeyri-stabil mövsüm keçirən "Qəbələ"ni sınağa çəkəcək. Bu görüşdə qələbə qonaqlara hava-su kimi lazımdı, nəinki kifayət qədər xal ehtiyatı olan "Qarabağ"a. Çünki Roman Qriqorçukun yetirmələri avrokuboka vəsiqə verən yerlərdən daha da uzaqlaşmaq istəmirlərsə, güclü rəqibi məğlub etməlidilər. Lakin şimallıların heyətində Rəşad Sadiqov, Rusan Əmircanov, Cavid Hüseynov kimi aparıcı oyunçuların olmaması komandanın işini xeyli çətinləşdirir. Bu cütlüklə bağlı maraqlı məqam ondadı ki, son 10 oyunun hamısında "Qəbələ" qapısından qol buraxıb.

 

Bu mövsümlə bağlı heç bir iddiası olmayan "Bakı" isə Lənkərana səfər edib. Qış fasiləsindən sonra gəncləşən "Xəzər Lənkəran" bu matçda Elbrus Məmmədovun rəhbərliyi altında ilk qələbəsini qazanmağa çalışacaq.

 

Beləliklə, AZAL-ın istirahət edəcəyi təsnifat turunun 4 oyunundan 2-si paytaxtda baş tutacaq. "İnter" – "Simurq" və "Qarabağ" – "Qəbələ" görüşləri "İdman Azərbaycan" kanalı vasitəsilə canlı yayımlanacaq.

 

 

Topaz Premyer Liqası

XXIV tur

28 fevral

"Xəzər Lənkəran" – "Bakı" – 2:1

QOLLAR: Ramazanov, 9; 79 – Novruzov, 42

QIRMIZI VƏRƏQƏ: Ramazanov, 90+1 – Pelagias 90+3

Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Kamran Bayramov, Elvin Əsgərov

“Xəzər Lənkəran”: 19. Vyekoslav Tomiç, 3. Rasim Ramaldanov, 7. Sadio Tounkara, 10. Ağabala Ramazanov, 12. İlyas Səfərzadə, 14. Rahid Əmirquliyev (k), 17. Kazım Kazımlı, 42. Kamran Abdullazadə, 63. Alfred Sankoh, 72. Elvin Mirzəyev, 97. Elnur Cəfərov,
Ehtiyat oyunçular: 25. Tərlan Qasımzadə, 6. İlqar Ələkbərov, 8. Elşən  Rzazadə, 11. Nurxan Mənsimzadə, 34. Elnur İsmayılov, 96. Anar Babazadə, 99. Mahsun Qəmbərli
Baş məşqçi: Elbrus Məmmədov

“Bakı”: 12. Elxan Əhmədov, 2. Nicat Əsgərov, 5. Georgios Pelagias, 6. Vüqar Bəybalayev, 7. Nuran Qurbanov, 10. Nurlan Novruzov, 19. Eltun Hüseynov, 56. Qeyrət Əliyev, 77. Ramazan Abbasov, 85. Jaba (k), 99. Kamil Nurəhmədov
Ehtiyat oyunçular: 1. Elçin Sadıqov, 4. Ülvi Süleymanov, 11. Tural Qürbətov, 15. Azad Kərimov, 16. Rüstəm Rüstəmli, 21. Elşad Manafov, 28. Ülvi Quliyev
Baş məşqçi: İbrahim Uzunca

"Xəzər Lənkəran" mərkəzi stadionu

 

"İnter" – "Simurq" – 2:1

QOLLAR: Sxadadze, 18, Məmmədov, 79 – Stanoyeviç, 87

QIRMIZI VƏRƏQƏ: Stanoyeviç, 88

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Vüqar Bayramov, Munis Abdullayev

Əlavə köməkçi hakimlər: Orxan Məmmədov, Vüsal Əliyev

“İnter”: 25. Səlahət Ağayev (k), 3. Laşa Salukvadze, 8. Mikel Alvaro, 10. Elvin Məmmədov, 17. Məhəmməd Mirzəbəyov, 21. Arif Daşdəmirov, 22. Əfran İsmayılov, 23. Vojislav Stankoviç, 28. Baçana Sxadadze, 88. Derlis Meza Kolli, 91. Coşqun Diniyev
Ehtiyat oyunçular: 1. Giorgi Lomaya, 11. Asif Məmmədov, 15. Yohan Bokonyano, 24. Fuad Bayramov, 33. Matiya Şpiçiç, 80. Nizami Hacıyev, 82. Ruben Şaken  
Baş məşqçi: Kaxaber Sxadadze

“Simurq”: 1. Pavel Kapsa, 2. İlkin Qırtımov (k), 4. Xuan Alberto, 6. Samir Zərgərov, 10. Rəşad Eyyubov, 11. Draqan Çeran, 14. Vüqar Mustafayev, 18. Tural Axundov, 20. İdan Vaytsman, 26. Benjamin Lambot, 88. Marko Stanoyeviç
Ehtiyat oyunçular: 35. Amil Ağacanov, 3. Adam Banaş, 5. Vadim Abdullayev, 7. Elnur Abdullayev, 8. Patrik Osiako, 22. Cihan Özkara, 81. Nicat Muxtarov
Baş məşqçi: George Çixradze

Bakı. "İnter Arena"

 

"Sumqayıt" – "Neftçi" – 0:1

QOL: Kanales, 83

Hakimlər: Ramil Diniyev, Azər Əsgərov, Elşən Acalov, Xəlil Xəlilov

“Sumqayıt”: 1. Andrey Popoviç, 2. Slavik Alxasov, 3. Vurğun Hüseynov, 5. Cəmil Hacıyev, 7. Ruslan Poladov (k), 9. Orxan Əliyev, 14. Məhəmməd Qurbanov, 18. Aleksandr Çertoqanov, 22. Tofiq Mikayılov, 45. Murad Ağayev, 92. Bəxtiyar Həsənalızadə
Ehtiyat oyunçular: 63. Şahruddin Məhəmmədəliyev, 6. Mikayıl Rəhimov, 8. Budaq Nəsirov, 11. Şahin Əliyev, 15. Nodar Məmmədov, 17. Pərdis Fərcad-Azad, 76. Uğur Pamuk
Baş məşqçi: Aqil Məmmədov

“Neftçi”: 1. Aqil Məmmədov, 2. Karlos Kardozo, 3. Denis Silva, 9. Flavinyo (k), 10. Julius Vobay, 11. Nikolas Kanales, 15. Erik Ramos, 16. Əziz Quliyev, 19. Mirhüseyn Seyidov, 21. Samir Məsimov, 27. Məqsəd İsayev
Ehtiyat oyunçular: 30. Saşa Stamenkoviç, 4. Rahil Məmmədov, 7. Araz Abdullayev, 17. Rəhman Hacıyev, 18. Kaue da Silva, 22. Rauf Əliyev, 95. Elvin Bədəlov
Baş məşqçi: Arif Əsədov

Sumqayıt. "Kapital Bank Arena"

 

"Qarabağ" – "Qəbələ" – 0:1

QOL: Ələsgərov (öz qapısına), 44

Hakimlər: İnqilab Məmmədov, Rza Məmmədov, Rahil Ramazanov, Elman Musayev

Əlavə köməkçi hakimlər: Fariz Yusifov, Ramil Əhmədov

“Qarabağ”: 13. İbrahim Şehiç , 2. Qara Qarayev, 5. Maksim Medvedev, 9. Reynaldo Silva, 10. Muarem Muarem, 14. Rəşad Sadıqov (k), 20. Riçard Almeyda, 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov, 77. Cavid Tağıyev, 99. Namiq Ələsgərov
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 6. Hacı Əhmədov, 7. Namiq Yusifov, 11. Danilo Dias, 17. Vüqar Nadirov, 18. İlqar Qurbanov, 24. Admir Teli
Baş məşqçi: Qurban Qurbanov

“Qəbələ”: 22. Dmitri Bezotosnı, 4. Elvin Camalov, 9. Viktor Mendi, 10. Dodo, 15. Ruslan Abışov (k), 16. Ruslan Tağızadə, 19. Aleksey Qay, 27. Bəxtiyar Soltanov, 34. Ürfan Abbasov, 44. Rafael Santos, 90. Ekiqo Ehiosun
Ehtiyat oyunçular: 30. Anar Nəzirov, 5. Sadiq Quliyev, 17. Qismət Alıyev, 18. Ruslan Fomin, 20. Rikardinyo, 32. Mixail Sivakov, 99. Tellur Mütəllimov

Tofiq Bəhramov adına Respublika stadionu

 

 

1

 Qarabağ

20

14

4

2

36-18

46

2

İnter

21

10

10

1

35-10

40

3

Neftçi

22

11

6

5

27-16

39

4

Simurq

22

8

5

9

31-26

29

5

AZAL 

21

6

7

8

22-29

25

6

Qəbələ

21

6

7

8

25-31

25

7

Xəzər L 

20

5

5

10

24-29

20

8

Sumqayıt

21

4

5

10

20-29

19

9

Bakı

20

2

5

13

14-46

11

 

Bombardirlər: Nurlan Novruzov (“Bakı”), Draqan Çeran (“”Simurq”) – 10 qol.

 

Mənbə : Lent.az

“Qarabağ”dan gözlenilmez meğlubiyyet, yalnız “Qebele” ireliledi