İçeriğe geçmek için "Enter"a basın

Azərbaycanda komandirin işdən çıxarılmasına reaksiya

20-11-2015

11:22 xeber – Müdafiə Nazirliyi Hərbi Hava Qüvvələrinin “N” saylı hərbi hissəsinin komandirinin işdən çıxarılması barədə yayılan məlumatlara münasibət bildirib.

Nazirlikdən ANS PRESS-ə verilən məlumata görə, növbəti dəfə bəzi kütləvi informasiya vasitələrində dəqiqləşdirmə aparılmadan guya Hərbi Hava Qüvvələrinin N saylı hərbi hissənin komandiri, polkovnik-leytenant Surxay Hüseynovun tutduğu vəzifədən azad edilməsi barədə əsassız və şaiyə səviyyəsində məlumat yayılıb.

“Konkret olaraq bildiririk ki, polkovnik-leytenant S.Hüseynovun xidmətində aparılan araşdırma nəticəsində cinayət əməli olmayan müəyyən çatışmazlıqlar aşkar edilib. O, xidməti zərurətlə əlaqədar bir hərbi hissədən digər hərbi hissəyə daha az həcmli iş olan bərabər vəzifəyə təyin edilib”.

Nazirlriyin məlumatında qeyd edilir ki, şübhə doğuran və ictimaiyyəti çaşdırmaq məqsədi daşıyan məqam yaxın qohumların eyni qurumda çalışması məsələsidir.

“Bildiririk ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsində yaxın qohumların təsnifi verilmişdir (maddə 12.0.1. yaxın qohumlar (valideynlər və uşaqlar, baba-nənə və nəvələr, doğma və ögey (ümumi ata və ya anası olan) qardaş və bacılar).

Bu səbəbdən də ucuz sensasiya xatirinə dərc edilən məqalədə “yaxın qohumluq” anlayışı məsələsi təhrif edilməklə, onu sifariş verənlərin şəxsi və qərəzli mövqeyi aydın görünür.

mənbə :
anspress

Azerbaycanda komandirin işden çıxarılmasına reaksiya