11:05 xeber – Parisdə baş verən terror aktları insanları hələ də təşviş altında saxlayır. Belə ki, bəziləri hətta tanıanmış şəxsləri də terrorçulara bənzədirlər. Bənzər hadisə belçikalı futbolçunun başına da gəlib.
Hadisə Belçika millisinin yarımmüdafiəçisi Raca Nainqqolanın Belçika – İspaniya matçının ləğv olunmasından sonra qaldığı otelə qayıdanda baş verib.
Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, bu barədə xəbəri La Gazzetta dello Sport paylaşıb.
Otelin qonağları futbolçunu terrorçu sanaraq, polis də çağırıblar. Otelə gələn polis futbolçunu tanıyıb və ona qarşı heç bir tədbir görməyib.
17 noyabr tarixində baş tutmalı olan Belçika – İspaniya yoldaşlıq oyunu ləğv olunub. Oyunun ləğv olunmasına səbəb Parisdə törədilən terror aktının təkrarlana bilmə ehtimalıdır. Parisdə törədilən terror aktının təkrarlana bilmə ehtimalıdır.
“Biz bu barədə hakimiyyət orqanları ilə əlaqə saxladıq və onlar matçın terror təhlükəsinin yüksək olduğu üçün keçirilməməsini məsləhət gördülər. Biz futbolçuların və azarkeşləri təhlükəyə ata bilmərik” deyə, Belçika Futbol Federasiyası bəyanat yayıb.
Ötən həftənin cümə günü Fransanın paytaxtında bir-birinin ardınca 7 terror aktı törədilib. Onlardan ən ağırı isə Bataklan konsert salonu və futbol matçı küçiilən stadionun yaxınlığında baş verib. Bir neçə kamikadzenin özünü partlatması və insanları girov gptürməsi nəticəsində 132 nəfər ölüb.
Bu hadisəyə görə məsuliyyəti İŞİD terrorçuları öz üzərlərinə götürüblər.
Raca Nainqqolan – Belçika millisinin yarımmüdafiəçisi
mənbə :
anspress