İçeriğe geçmek için "Enter"a basın

Əli Əsədov Türkiyənin Azərbaycandakı səfiri ilə görüşüb

31-05-2021

[r32]
xeber –

Azərbaycanın Baş naziri Əli Əsədov mayın 31-də Türkiyənin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı ilə görüşüb.

Nazirlər Kabinetindən “Report”a verilən məlumata görə, görüşdə Azərbaycan-Türkiyə münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi məmnunluqla vurğulanıb, qarşılıqlı faydalı əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib.

Baş nazir Türkiyə səfirinə Azərbaycandakı fəaliyyəti müddətində uğurlar arzulayıb.


mənbə :
Report.az

Eli Esedov Turkiyenin Azerbaycandaki sefiri ile gorusub