İçeriğe geçmek için "Enter"a basın

MSK seçkilərlə bağlı protokolu Konstitusiya Məhkəməsinə təqdim etdi

18-11-2015


18.11.2015 / 21:00 xeber –

Mərkəzi Seçki Komissiyası (MSK) V çağırış Milli Məclisə keçirilmiş seçkilərlə əlaqədar səsvermənin ümumi yekunlarına dair protokolu nəticələrinin təsdiq olunması üçün Konstitusiya Məhkəməsinə təqdim edib.

 

Bu barədə APA-ya MSK-nın Media və ictimai əlaqələr şöbəsindən  məlumat verilib.

 

Qeyd edək ki,  Seçki Məcəlləsinə əsasən MSK protokollar yoxlanıldıqdan sonra 24 saat müddətində seçkilərin yekunlarının və nəticələrinin təsdiq olunması üçün Konstitusiya Məhkəməsinə təqdim etməlidir. Konstitusiya Məhkəməsi müvafiq sənədləri aldıqdan sonra 10 gün müddətində (yoxlama prosesi tələb etdikdə, həmin müddət artırıla bilər) Milli Məclisinə seçkilərin yekunlarının və nəticələrinin yoxlanılaraq təsdiq edilməsi prosesini başa çatdırmalıdır. Bu gün MSK noyabrın 1-də V çağırış Milli Məclisə keçirilmiş seçkilərlə əlaqədar səsvermənin ümumi yekunlarına dair protokolun təsdiqi və seçkilərin yekunlarının təsdiq edilməsi üçün Konstitusiya Məhkəməsinə təqdim olunması barədə qərar qəbul edib.

mənbə :
lent.az

MSK seçkilerle bağlı protokolu Konstitusiya Mehkemesine teqdim etdi