İçeriğe geçmek için "Enter"a basın

Cəbhə xəttində döyüş ruhu

18-11-2015

20:41 xeber – Müdafiə Nazirliyi hərbi vətənpərvərlik mövzusunda tədbirləri davam etdirir. Qurumun bu dəfəki ünvanı Horadiz olub.

Azadlıq.az xəbər verir ki, ans tv-nin məlumatına görə, kütləvi hərbi vətənpərvərlik tədbiri Müdafiə Nazirliyinin və Füzuli Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Horadiz şəhər idman kompleksinin stadionunda baş tutdu.

Tədbirdə Müdafiə Nazirliyinin yüksək rütbəli zabitləri, millət vəkilləri, rayon icra hakimiyyətinin rəhbərliyi, cəbhə xəttində xidmət edən əsgərlər və iki mindən çox rayon sakini iştirak edirdi.

Hərbi vətənpərvərlik mövzusunda hazırlanmış ədəbi bədii kompazisiyadan sonra Horadizin işğaldan azad olunmasında iştirak etmiş, müharibə veteranları səhnəyə dəvət olundu.

Keçmiş döyüşçü Sevindik İsmayılov deyir ki, işğal altındakı torpaqları azad edib, belə tədbirləri o torpaqlarda davam etdirəcəyik.

Keçmiş döyüşçü Fazil Qurbanov: “Bir əsgər kimi söz verirəm ki, and olsun şəhidlərmizin ruhuna Azərbaycan torpağının hər qarışının uğrunda mübarizəyə hazıram və öndə gedənlərdən biri də mən olacam”.

Xüsusi təyinatlıların çıxışı da zləyicilərin böyük marağına səbəb oldu.

Tədbirə dəvət olunanlar arasında görmə qabiliyyətini Füzulinin müdafiəsi uğrunda gedən döyüşlərdə itirmiş paralimpiya çempionu İlham Zəkiyev də var idi.

Tədbirin sonunda İlham Zəkiyevə rayon rəhbərliyi tərəfindən Füzulinin fəxri sakini adı verildi.

mənbə :
anspress

Cebhe xettinde döyüş ruhu