İçeriğe geçmek için "Enter"a basın

Azərbaycanda son sutkada 219 nəfər koronavirusa yoluxub, 180 nəfər sağalıb, 4 nəfər vəfat edib

26-02-2021

[r32]
16:10 xeber –

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 219 yeni yoluxma faktı qeydə alınıb, 180 nəfər müalicə olunaraq sağalıb.

ONA xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 4 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 233 989 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 228 479 nəfər müalicə olunaraq sağalıb, 3 213 nəfər vəfat edib, aktiv xəstə sayı 2 297 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 908, ötən müddət ərzində isə ümumilikdə 2 583 362 test aparılıb.

 


mənbə :
www.ona.az

Azerbaycanda son sutkada 219 nefer koronavirusa yoluxub, 180 nefer sagalib, 4 nefer vefat edib