İçeriğe geçmek için "Enter"a basın

Bayden Trampın daha bir fərmanını ləğv edib: "ABŞ-ın maraqlarına cavab vermir"

25-02-2021

[r32]
06:40 xeber –

ABŞ Prezidenti Co Bayden sələfi Donald Trampın bir sıra kateqoriyadan olan əcnəbi vətəndaşların ölkə ərazisinə girişini məhdudlaşdıran fərmanını ləğv edib.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidmətinin açıqlamasında deyilir.

“Koronavirusun yayılmasından sonra iqtisadiyyatın bərpası dövründə ABŞ-da əmək bazarı üçün təhlükə yaradan immiqrantların 22 aprel 2022-ci il tarixindən etibarən ölkəyə girişinin dayandırılması ABŞ-ın maraqlarına cavab vermir, əksinə, ABŞ-a zərər vurur. Müvafiq qərar ləğv edilir”, – deyə sənədin mətnində qeyd olunub.

Xatırladaq ki, D.Tramp 22 aprel 2020-ci il tarixində koronavirus infeksiyasının yayılmasının mənfi iqtisadi nəticələri səbəbindən bir sıra kateqoriyalar üzrə ölkəyə immiqrasiyanın 60 günlük qadağan edilməsi barədə fərman imzalamışdı. Fərmanın müddəti sonradan bir neçə dəfə uzadılıb.


mənbə :
www.ona.az

Bayden Trampin daha bir fermanini legv edib: "ABS-in maraqlarina cavab vermir"